İsgəndər Paşa: “Dəmiri ilk dəfə bizim atalarımız əridib”| Qonaq Otağı
Baxış sayı: 11
Bu dəfə “Qonaq otağı”na Ahıska Türkləri Qlobal Sosial Dayanışma Dərnəyinin başqanı İsgəndər Paşa qonaq oldu. Onunla birlikdə ahıska türklərinin sürgün həyatı, sürgün səbəbləri və vətən itgisinin ağrısı haqqında danışdıq.
İsgəndər Paşa həmçinin rəhbərlik etdiyi təşkilatın gördüyü işlərdən bəhs edərək vurğuladı ki, gənclərin bilgili və tarixinə - geçmişinə sadiq yetişməsi vacib məsələdir.
“Mən türklüyümlə qürur duyuram və onu heç nəyə dəyişmərəm. İlk dəfə dəmiri bizim atalarımız əridib.” — İsgəndər Paşa
Bu buraxılışda həm də sürgün olunan digər türk xalqlarının taleyi, tarixi yaddaşın qorunması və birliyin gücü mövzularına toxunduq.
🕊️ Keçmişini unutmayan xalqın gələcəyi işıqlı olar.
