HEYDƏR ƏLİYEV VƏ TƏHSİL SİYASƏTİ
Baxış sayı: 17
Ümummilli Liderin çoxşaxəli fəaliyyətində təhsil xüsusi yer almışdır. Ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir. Hələ 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarların icrası nəticəsində respublikada orta məktəb şəbəkəsi genişləndirildi, əsaslı keyfiyyət dəyişikliyinə nail olundu. 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanıldı. Respublikanın çox ağır vəziyyətində ikinci dəfə rəhbərliyə qayıdan dahi rəhbər Heydər Əliyev bir çox problemləri həll etməklə yanaşı, təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar həyata keçirməyə başladı. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi, planlı islahatların əsası qoyuldu. Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”,-deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalırdı. Hazırda müstəqil və müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasəti ilə Prezident İlham Əliyev tərəfidən layiqincə davam etdirilir. Bu gün əminliklə qeyd etmək olar ki, Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyev irsinin layiqli davamçısı kimi təhsilin inkişaf strategiyasının uğurla davam etdirilməsi sayəsində Azərbaycan təhsili sözün əsl mənasında özünün yüksəliş dövrünü yaşayır.
