Bu dəfə “Birini seç” verilişinin qonağı Türkiyəli elektrik ustası Aytac Deveci oldu.

Sadə sualların arxasında gizlənən dərin düşüncə, səmimi cavablar və bəzən gözlənilməz seçimlər – Aytac bəyin iştirak etdiyi buraxılış həm düşündürdü, həm güldürdü. Veriliş boyu ona belə suallar ünvanladıq: 👕 Milli, yoxsa dəblə geyinmək? ☕ Qəhvə, yoxsa çay? ✈️ Avtobus, yoxsa təyyarə? 👨👩👧👦 Ailə, yoxsa karyera? ❤️ Sevmək, yoxsa sevilmək? 🏞️ Köçəri həyat, yoxsa oturaq yaşam? 👽 Yadplanetli ilə qarşılaşsanız, qonaq edərdiniz, yoxsa qonaq gedərdiniz? 🔁 Yaxındakı uzaq, yoxsa uzaqdakı yaxın? 🏡 Varlı olsaydınız — şəhərdə, yoxsa kənddə yaşamaq istərdiniz? Aytac bəyin “Yadplanetliyə qonaq gedərdim!” cavabı isə verilişin ən yadda qalan məqamlarından biri oldu. Səmimi və fərqli yanaşmalar sizi də düşündürəcək. 📺 Verilişi izləməyi unutmayın – çünki hər seçimin arxasında bir həyat baxışı dayanır. 👍 Bəyənin | 💬 Rəy yazın | 🔔 Abunə olun!