MİLLİ ADƏT ƏNƏNƏLƏRİMİZ, MƏNƏVİ DƏYƏRLƏRİMİZDİR
Baxış sayı: 15
Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən adət-ənənələrimizi, milli mənəvi dəyərlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə yüksək diqqət və qayğı göstərib. Bu gün Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın adət və ənənələrinə, milli dəyərlərinə düzgün şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr verib.
Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir” - deyib.