Gələcəyin Azərbaycanlısı: Milli Kimlik + Qlobal Düşüncə — Bunu Bacaracağıq? | Gələcək Bilik #11

Qloballaşan dünyada milli təhsil hansı yolu seçməlidir? Bu buraxılışda vacib bir sual qoyuruq: Azərbaycan təhsili necə olmalıdır ki, gənclərimiz həm milli dəyərlərə sadiq, həm də müasir dünyanın tamhüquqlu sakini kimi yetişsinlər? Müzakirə etdiyimiz əsas məqamlar: • Milli kimliklə qlobal düşüncə arasında balans necə qurulmalıdır? • Təhsil sistemi gənci qloballaşan dünyaya necə hazırlamalıdır? • Azərbaycanlı olaraq dünyada fərqlənmək mümkündürmü? • Təhsildə yerli dəyərlər hansı formada qorunmalıdır? “Gələcək Bilik” bu dəfə milli kimlik və qlobal çağırışlar mövzusunu bir araya gətirir. Fikirlərinizi bölüşün – gələcəyin təhsilini birgə düşünək!