“Sevməsən, sevilməzsən” — Tarix müəllimi Mənsur İlyasov | Birini seç
Baxış sayı: 9
Birini seç” verilişinin bu dəfəki qonağı tarix müəllimi Mənsur İlyasov oldu. Veriliş boyunca təqdim olunan seçim suallarına sadə cavablar vermək əvəzinə, hər birinə daha dərin, məntiqli və düşündürücü yanaşma sərgilədi.
“Sevmək, yoxsa sevilmək?” sualı qarşısında hər ikisini seçən Mənsur müəllim bu fikri ilə yadda qaldı:
“Sevməsən, sevilməzsən.”
Buraxılışda qonağın ən maraqlı seçimləri bunlar oldu:
– Oturaq yaşam yoxsa köçəri həyat? → Köçəri yaşam
– Keçmişə dönmək, yoxsa gələcəyə getmək? → Keçmişə dönmək
– Birlikdə işləmək, yoxsa təkbaşına? → Təkbaşına işləmək
– Musiqi yoxsa rəsm? → Musiqi
– Gecə yoxsa gündüz? → Gecə
– Dağlar yoxsa dənizlər? → Dağlar
– Göyün üzü yoxsa suyun dibi? → Göyün üzü
Bu buraxılışda tarix müəlliminin yalnız seçimlərini deyil, həyata baxışını, daxili dünyasını və düşüncə tərzini də yaxından tanıyacaqsınız.
“Birini seç” — insanların kiçik seçimlərlə böyük düşüncələrini ortaya qoyan verilişdir.
Bu dəfə isə daha çox düşündürən bir buraxılış sizi gözləyir.
